Kvant texnologiyalarının sürətli inkişafı kibertəhlükəsizlik üçün yeni problemlər yaradır və bu sahədə mövcud risklərin daha dərindən tədqiq edilməsini zəruri edir. Məqalədə kvant hesablama mühitlərində mövcud kibertəhlükələr və onların reallaşdırılma mexanizmləri təhlil edilir. Xüsusilə klassik kriptoqrafik alqoritmlərin zəiflikləri, kvant rabitə kanalları və bulud əsaslı kvant xidmətlərinin təhlükəsizlik problemləri araşdırılır. Tədqiqat işində kvant hesablama sistemlərinə qarşı yönəlmiş əsas kibertəhlükələr və onların reallaşdırılması mexanizmləri araşdırılır. Eyni zamanda, kvant hesablama infrastrukturlarında təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti vurğulanır.
Kvant texnologiyalarının sürətli inkişafı kibertəhlükəsizlik üçün yeni problemlər yaradır və bu sahədə mövcud risklərin daha dərindən tədqiq edilməsini zəruri edir. Məqalədə kvant hesablama mühitlərində mövcud kibertəhlükələr və onların reallaşdırılma mexanizmləri təhlil edilir. Xüsusilə klassik kriptoqrafik alqoritmlərin zəiflikləri, kvant rabitə kanalları və bulud əsaslı kvant xidmətlərinin təhlükəsizlik problemləri araşdırılır. Tədqiqat işində kvant hesablama sistemlərinə qarşı yönəlmiş əsas kibertəhlükələr və onların reallaşdırılması mexanizmləri araşdırılır. Eyni zamanda, kvant hesablama infrastrukturlarında təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti vurğulanır.
Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlərin informasiya mühitindəki mövqeyini və təhlükəsizlik yanaşmalarını yenidən formalaşdırır. Bu kontekstdə kvant texnologiyaları kibersuverenlik baxımından yeni imkanlar və çağırışlar təqdim edir. Bu məqsədlə məqalədə kibersuverenlik anlayışı və onun əhəmiyyəti izah edilir, kvant texnologiyalarının xüsusiyyətləri, işləmə prinsipləri və mövcud inkişaf mərhələsi təhlil olunur. Bu texnologiyaların kibersuverenliyin təmin edilməsində rolu, dövlət informasiya sistemlərinin təhlükəsizliyi və məlumatların qorunması baxımından əhəmiyyəti qiymətləndirilir. Bununla yanaşı, kvant texnologiyalarının tətbiqi ilə bağlı mövcud çətinliklər və məhdudiyyətlər araşdırılır. Yekun olaraq Azərbaycan kontekstində rəqəmsal transformasiya fonunda kvant texnologiyalarına uyğunlaşmanın və post-kvant kriptoqrafiyaya keçidin zəruriliyi əsaslandırılır.
Bu məqalədə hesablama anlayışının tarixi inkişaf mərhələləri, ənənəvi say sistemlərinin yaranma prinsipləri və onların müasir elektron hesablama maşınlarının quruluşuna təsiri araşdırılır. Rəqəmlərin dili olan ikilik sistemdən başlayaraq, onluq və səkkizlik kimi say sistemlərinin kompüter texnologiyalarında tətbiq mexanizmləri izah olunur. Məqalə həmçinin kvant texnologiyalarının meydana çıxması ilə hesablama düşüncəsində baş verən konseptual dəyişikliklərə diqqət yetirir. Ənənəvi elektron hesablama maşınları məntiq və ardıcıllığa əsaslanarkən, kvant hesablama çoxölçülü və paralel hesablama prinsipləri ilə fərqlənir. Bu kontekstdə, məlumatların emalı, saxlanması və təhlükəsizliyi baxımından klassik və kvant sistemlərinin müqayisəsi aparılır. Məqalənin məqsədi, say sistemləri və hesablama texnologiyaları arasındakı əlaqəni göstərməklə rəqəmsal düşüncənin necə təkamül etdiyini elmi və praktik müstəvidə təhlil etməkdir.
Məqalədə gələcək tendensiyalar: kvant rabitəsi üçün optik siqnalların işlənməsini tədqiq edilmişdir. Bu tendensiyalar davam etdikcə, tədqiqatçılar və sənaye mütəxəssisləri təkcə kommunikasiyada yüksək təhlükəsizliyə deyil, həm də kommersiya baxımından əlverişli kvant texnologiyalarının praktiki tətbiqinə nail olmaq perspektivinə nikbin yanaşırlar. İnteqrasiya edilmiş fotonika, maşın öyrənmə inteqrasiyası və uyğunlaşdırılmış kvant siqnal emalı alqoritmlərinin kollektiv təsiri kvant rabitəsi inqilabının ön sıralarında optik siqnal emalını yerləşdirir və kvantla gücləndirilmiş məlumat emalının texnoloji ekosistemimizin ayrılmaz hissəsinə çevrildiyi gələcəyə doğru irəliləyir. Açar sözlər: kvant rabitəsi, optik siqnallar, gələcək tendensiyalar
GirişHazırda qeyri-müəyyənlik elmi sahələrdə, tətbiqi məsələlərdə vacib prinsip olaraq qəbul edilir.Çünki artıq isbat olunmuşdur ki, qeyri-müəyyənlik təbiətin və cəmiyyətin vacib və qaçılmaz xüsusiyyətlərindən olub, bu istiqamətdə müəyyən qanunauyğunluqların tapılması, onun elmi-fəlsəfi prizmadan təhlili və öyrənilməsi xaosdan harmoniyaya keçid kontekstində əhəmiyyətli məsələlərlə nəticələnmiş olur.Bu məqalədə də məqsəd qeyri-müəyyənliyə fəlsəfi baxış sərgiləmək, qeyri-müəyyənlik prinsipinin fəlsəfi təhlilini verməkdir.Eyni zamanda hədəfimiz qeyri-müəyyənlikdən qeyri-səlis çoxluqlar nəzəriyyəsinə (QSÇ) və ehtimal nəzəriyyəsinə (EN) elmi-fəlsəfi yol çəkməkdir.Bu məqsədlə qeyri-müəyyənliyin əsas iki istiqaməti olan stoxastik (ehtimal) və linqivistik formalar nəzərdən keçirilir, kvant nəzəriyyəsinin əsasında dayanan qeyri-müəyyənlik prinsipi (QMP) ilə qeyri-səlis çoxluqlar nəzəriyyəsi və ehtimal nəzəriyyəsinin elmi əlaqələrinin fəlsəfi təhlili verilir.Qeyd etmək istərdim ki, əvvəlki araşdırmalarımda ehtimal nəzəriyyəsi və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin oxşar və fərqli tərəflərinə elmi-fəlsəfi yanaşma nəzərdən keçirilmişdir [2].Lakin bu məqalədə bu iki nəzəriyyəyə, yuxarıda qeyd etdiyim kimi, qeyri-müəyyənliyin əsas iki formasını öyrənən elm sahələri kimi nəzər yetirilir və onların bu prinsip kontekstində yeri və rolu fəlsəfi baxış bucağından araşdırılır.Riyaziyyatda qeyri-müəyyənlik: Riyaziyyatda mövcud bu elmi anlayış qeyri-müəyyənliyin təbiətini, daha doğrusu, fəlsəfəsini anlamağa yardımçı ola bilər və bu anlayışdan xeyli maraqlı fəlsəfi fikir şəbəkəsi yaranır deyə, mətləbə aparan yola burdan başlamağa qərar verdik.Riyaziyyatda qəbul edilmiş qeyri-müəyyənliklər çoxdan mövcud idi: sonsuzluqdan sonsuzluğun çıxılması, sonsuzluğun sonsuzluğa nisbəti, sıfrın sıfra nisbəti, sıfırla sonsuzluğun hasili və s. fəlsəfəsi məni cəlb etdiyindən bu riyazi qeyri-müəyyənliklərin biri üzərində dayanmaq istərdim.
Qeyd edək ki, kvant fizikasının əsas prinsiplərindən sayılan qeyri-müəyyənlik prinsipi qeyri-müəyyənlik anlayışının elmin bir çox sahələrinin və fəlsəfənin tədqiqat obyektinə çevrilməsinə səbəb oldu [10].Hazırda elmi-nəzəri, elmi-praktik məsələlərin həllində və fəlsəfi araşdırmalarda qeyri-müəyyənlik əsasən bu şəkildə təsnifatlaşdırılır: stoxastik (ehtimallı) qeyri-müəyyənlik və linqivistik qeyri-müəyyənlik [6].Stoxastik formatəsadüfi faktorlarla bağlı olub ehtimal nəzəriyyəsi və onun əsasında yaranmış digər nəzəriyyələr vasitəsilə öyrənilir.İkinci, linqivistik formaqeyri-dəqiqlik (qeyrisəlislik) ilə bağlı olub, əsasən qeyri-səlis çoxluqlar (qeyri-
GirişSon illərdə rəqəmsallaşmanın kəskin sürətlə inkişafı informasiya təhlükəsizliyini iqtisadiyyat, dövlət idarəetməsi, fərdi məxfilik kimi vacib sahələrin diqqət mərkəzinə çevirmişdir.Çağdaş rəqəmsal kommunikasiya və məlumat ötürülməsinin (məsələn, elektron ticarət, elektron bankçılıq, rəqəmsal hökumət) təhlükəsizliyi əsasən asimmetrik kriptoqrafiya alqoritmləri vasitəsilə təmin edilir.Geniş miqyasda istifadə olunan RSA (Rivest-Shamir-Adleman) və Elliptik Əyri Kriptoqrafiyası (ECC -Elliptic Curve Cryptography) kimi ənənəvi şifrələmə sistemləri öz təhlükəsizliyini mürəkkəb riyazi problemlərin klassik hesablama qurğuları vasitəsilə həllinin faktiki mümkünsüzlüyü üzərində qurmuşdur, yəni alqortim gizli deyil, sadəcə variyasiyaların çoxluğu onu təhlükəsiz edir.Misal olaraq, RSA alqoritmi çox böyük tam ədədlərin sadə vuruqlara ayrılması probleminə əsaslanır.Dövrümüzün ən güclü superkompüterləri bu məsələləri illərlə həll edə biləcək hesablama gücünə malik deyillər.Bu o deməkdir ki, cari texnologiyalardan dəfələrlə sürətli emal gücü olan hesablama texnologiyası dediyimiz alqoritmləri qısa zamanda deşifrə edə bilər.Kvant kompüterləri də dedimiz texnologiyaya əsas nümunədir.Kvant kompüterləri klassik hesablama texnologiyasının baza vahidi olan bitlər (0 və ya 1) əvəzinə superpozisiya (superposition) və kvant dolaşıqlığı (entanglement) xüsusiyyətlərinə malik kubitlərdən (qubit) istifadə edirlər.Bu unikal xüsusiyyət onlara kütləvi paralel hesablamalar aparmağa və müəyyən riyazi məsələləri ənənəvi sistemlərlə müqayisədə ağlasığmaz dərəcədə sürətli həll etməyə imkan yaradır.Bu sahədəki ən böyük nəzəri qırılma nöqtəsi 1994-cü ildə riyaziyyatçı Piter Şor tərəfindən irəli sürülmüş Şor adlı kvant alqoritmidir.Şor alqoritmi kifayət qədər böyük həcmli və xətaya dözümlü (faulttolerant) bir kvant kompüterində işə salındıqda, həm böyük ədədlərin vuruqlara ayrılmasını, həm də diskret loqarifm problemini effektiv şəkildə həll etmək qabiliyyətinə malikdir.Bu fakta əsasən belə nəticəyə gəlmək olar ki, Şor alqoritmi qlobal miqyasda internet təhlükəsizliyini təmin edən və məxfi məlumatları qoruyan mövcud açıq açar (pub