Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri respublika konfransı
Kvant Texnologiyalarının Dövlətin Kibersuverenliyinin Təmin Edilməsində Rolu: Mövcud Vəziyyət, Problemlər və Perspektivlər
Məmməd Həşimov
Abstract
Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlərin informasiya mühitindəki mövqeyini və təhlükəsizlik yanaşmalarını yenidən formalaşdırır. Bu kontekstdə kvant texnologiyaları kibersuverenlik baxımından yeni imkanlar və çağırışlar təqdim edir. Bu məqsədlə məqalədə kibersuverenlik anlayışı və onun əhəmiyyəti izah edilir, kvant texnologiyalarının xüsusiyyətləri, işləmə prinsipləri və mövcud inkişaf mərhələsi təhlil olunur. Bu texnologiyaların kibersuverenliyin təmin edilməsində rolu, dövlət informasiya sistemlərinin təhlükəsizliyi və məlumatların qorunması baxımından əhəmiyyəti qiymətləndirilir. Bununla yanaşı, kvant texnologiyalarının tətbiqi ilə bağlı mövcud çətinliklər və məhdudiyyətlər araşdırılır. Yekun olaraq Azərbaycan kontekstində rəqəmsal transformasiya fonunda kvant texnologiyalarına uyğunlaşmanın və post-kvant kriptoqrafiyaya keçidin zəruriliyi əsaslandırılır.